La Liqada hamını qabaqladı

20.01.2024 15:25 167
Dünya futbolu
İspaniya La Liqasında dekabr ayının ən yaxşı futbolçusu bəlli olub.

Turnirin rəsmi saytının yaydığı xəbərə görə, bu nominasiyada “Jirona”nın hücumçusu Artyom Dovbik qalib gəlib. Ukraynalı futbolçu ötən ay ölkə çempionatında 4 matça çıxıb və 4 qol vurub.

Qeyd edək ki, “Jirona” hazırda La Liqada 20 oyuna 49 xalla liderdi. Dovbik çempionatda meydana çıxdığı 19 oyunda 11 qol vurub.