Ozancanın komandası xal itirdi

7.09.2026 14:20 140
Dünya futbolu
Özancan Kökçünün formasını geydiyi "Vanspor" Türkiyənin 1-ci liqasında növbəti görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, Kökçünün komandası "Muğlaspor"un qonağı olub. Matç 2:2 hesabı ilə yekunlaşıb. Kökçü 61-ci dəqiqədə meydana buraxılıb.

"Vanspor" 6 turdan sonra 5 xalla 15-ci sıradadı.