• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” Almaniya futbolunda yeni rekord müəyyənləşdirdi

Dünya futbolu

24-12-2023, 10:0

Bundesliqada ilin son turuna çərşənbə günü yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, lider “Bayer-04”, gözlənildiyi kimi, “Bohum”la ev oyununda ciddi problem yaşamadı. Hərçənd “Bohum” buna qədər son 7 tuda yalnız bir dəfə uduzmuşdu. Leverkuzen təmsilçisi 2023-də keçirdiyi 35 bundesliqa matçının 22-ni qələbə ilə tamamladı. Bu, klubun yeni rekordudu. Onu da bildirək ki, “Bayer-04” bu mövsüm bütün turnirlərdə orta hesabla hər oyuna 2,625 xal toplayır. Bu, hələ ki “böyük beşliy”in ən yaxşı göstəricisidi. Komanda qış fasiləsinə 4 xallıq fərqlə yollansa da, “Bavariya”nın bir oyun az keçirdiyini unutmayaq.

Münhen nəhəgindən söhbət düşmüşkən, komanda “Volfsburq”la səfər oyununda ciddi müqavimətlə üzləşsə də, xal itirmədi. Bundesliqada yubiley – 100-cü oyununu keçirən Musiala hesabı açdı. O, 20 yaş 297 günlüyündə bundesliqada 100 oyun həddinə çatan ən gənc “Bavariya”lı oldu. Turnirin tarixində isə bu göstəricidə onu yalnız Haverts, Verner və Draksler üstələyir. Rekordları alt-üst etməkdə israrlı olan Keyn yenə meydanı qolsuz tərk etmədi. “Canavarlar” fasiləyə qədər fərqi minimuma endirsələr də, bundan artığına nail olmaq mümkün olmadı. “Volfsburq”un “Bavariya”ya qarşı sindromu davam edir. Komanda güclü rəqibi sonuncu dəfə 2015-in yanvarında məğlub edib (4:1). O vaxt hələ De Bruyne “Volfsburq”da çıxış edirdi! “Rekordmayster” o vaxtdan bəri keçirilən 17 bundesliqa matçının heç birində bu rəqibə uduzmayıb (15 qələbə, 2 heç-heçə)! “Bavariya” ilk dövrəni 15 oyun keçirməklə və 38 xalla tamamladı. Ötən mövsüm komanda 15-ci turdan sonra indikindən 4 xal az toplamışdı. “Ştutqart” da ili yüksək əhval-ruhiyyədə tamamlayan klublardandı. Şvabiyalılar “Auqsburq”u əsas qol silahları - Undav və Girassinin qolları ilə yendilər. Qeyd edək ki, ilk dövrədə 11-ci qələbəsini qazanan “Ştutqart” şəxsi rekordunu yenilədi. Komanda indiyə qədər heç vaxt ilk dövrələrdə bu qədər qələbə qazanmamışdı. Nenad Byelitsanın təyinatından sonra bir qədər dirçələn “Union” “Köln”ü evə əliboş yola saldı. Bu, Ştefan Baumqartın “keçilər”in başındakı son oyunu oldu. 2021-in yayından baş məşqçi vəzifəsini icra edən ekstravaqant mütəxəssis istefaya göndərildi. Avrokubokların iştirakçısı olan “Frayburq”u məğlub edən debütant “Haydenhaym”ın ardıcıl 3-cü qələbəni bayram etməsi diqqəti çəkdi. Frankfurtda isə kiçik bir futbol möcüzəsi yaşandı. Münhenqladbax “Borussiya”sı 90-cı dəqiqəyə minimal üstünlüklə daxil olsa da, “Ayntraxt” uzatma dəqiqələrində iki qol vuraraq inanılmaz qələbə qazandı.

16-cı tur
Volfsburq – Bavariya 1:2
Arnold, 45+1 – Musiala, 33. Keyn, 43. (28000)
Bavariya: Noyer, Laymer, Upamekano, Kim Min Çje, Devis, Pavloviç, Gerreyro, Sane, Müller (De Liqt, 63), Musiala (Çupo-Motinq, 90+3), Keyn.

Bayer-04 – Bohum 4:0
Şik, 30-p.; 32; 45+1. Bonifas, 69. (30210)
Bayer-04: Qradetski, Stanişiç, Ta (Tapsoba, 67), İnkapye (Puerta, 73), Frimponq, Andrix, Caka, Qrimaldo, Hofmann (Hlojek, 73), Virts (Əmiri, 87), Şik (Bonifas, 67).

Ştutqart – Auqsburq 3:0
Dəniz Undav, 18. Girassi, 45+1. Fürix, 69. (53000)
Ştutqart: Nübel, Ştentsel (Vaqnoman, 73), Anton, Zaqadu (Ruo, 29), Mittelştadt, Fürix (Vu Yon Çjon, 89), Ştiller, Karazor, Levelinq (Katompa Mvumpa, 77), Dəniz Undav (Miyo, 78), Girassi.

Ayntraxt F – Borussiya M 2:1
Buta, 90+2. Kox, 90+7 – Vöber, 27. (58000)
Ayntraxt: Trapp, Tuta (Buta, 83), Kox, Paço, Maks (Nkunku, 77), Skiri, Götse (Nqankam, 77), Knauff (Hauqe, 83), Dina Ebimbe (Larsson, 60), Çaibi, Marmuş.

Haydenhaym – Frayburq 3:2
Ərən Dinkçi, 52. Klayndinst, 84. Ginter, 90+2-öz qapısına – Höler, 7; 64-p. (15000)
Frayburq: Atubolu, Sildilliya, Ginter, Qulde, Kübler (Vaysshaupt, 84), Eqqeştayn, Höfler, Doan, Röl (Qreqoritş, 65), Şallai (Adame, 84), Höler.

Turun qalan oyunlarının nəticələri: Borussiya D – Maynts-05 1:1 (Brandt, 29 – Van den Berq, 43. 80350), Verder – Leyptsiq 1:1 (Ncinma, 75 – Openda, 47. 41000), Hoffenhaym – Darmştadt 3:3 (Kramariç, 14-p. Bebu, 28; 66 – Pfayffer, 23. Skarke, 57; 85. 18125), Union – Köln 2:0 (Hollerbax, 55. Fofana, 78. 22012).

1. Bayer-04 16 13 3 0 46-12 42
2. Bavariya 15 12 2 1 49-15 38
3. Ştutqart 16 11 1 4 37-19 34
4. Leyptsiq 16 10 3 3 38-17 33
5. Borussiya D 16 7 6 3 30-25 27
6. Ayntraxt F 16 6 6 4 26-20 24
7. Hoffenhaym 16 7 3 6 32-30 24
8. Frayburq 16 7 3 6 21-26 24
9. Haydenhaym 16 6 2 8 25-32 20
10. Volfsburq 16 6 1 9 20-27 19
11. Auqsburq 16 4 6 6 24-31 18
12. Borussiya M 16 4 5 7 31-35 17
13. Verder 16 4 4 8 23-30 16
14. Bohum 16 3 7 6 18-33 16
15. Union 15 4 1 10 17-31 13
16. Maynts-05 16 1 7 8 13-28 10
17. Köln 16 2 4 10 10-28 10
18. Darmştadt 16 2 4 10 20-41 10
Bombardirlər: Keyn (Bavariya) – 21, Girassi (Ştutqart) – 17, Openda (Leyptsiq) – 11, Bonifas (Bayer-04) – 10.
Növbəti turun oyunları yanvarın 12-14-ü aralığında keçiriləcək: Frayburq – Union, Auqsburq – Bayer-04, Bavariya – Hoffenhaym, Borussiya M – Ştutqart, Bohum – Verder, Darmştadt – Borussiya D, Köln – Haydenhaym, Maynts-05 – Volfsburq, Leyptsiq – Ayntraxt F.

Turun rəqəmi
25 – Xabi Alonsonun yaratdığı “fenomen” məğlubiyyətsiz irəliləməkdə davam edir. “Bayer-04” mövsüümün ilk 25 rəsmi matçından 22 qələbə, 3 heç-heçə ilə ayrılaraq ilk dövrəni bütün turnirlərdə məğlubiyyətsiz tamamladı. Bu, tək klubun özünün yox, həm də Almaniya futbolunun yeni rekordudu! Belə ki, indiyə qədər bu ölkədə futbol peşəkar səviyyədə oynanılmağa başlandığı vaxtdan bəri əzəmətli “Bavariya” da daxil olmaqla heç bir klub mövsümün ilk 25 rəsmi oyunundan məğlubiyyətsiz ayrılmamışdı! Əvvəlki rekord “Hamburq”a məxsus idi. “Dinozavrlar” 1982/83-ün ilk 24 rəsmi oyununda uduzmamışdılar. Maraq üçün bildirək ki, “Hamburq” həmin mövsümdə həm ölkə çempionluğunu, həm də tarixində yeganə olan Çempionlar Kubokunu qazanıb.

Turun ulduzu
Patrik Şik (Bayer-04) – leverkuzenlilərin bu mövsümdəki qəhrəmanları başqa futbolçular idi. Amma Şik zədəsini sağaldan kimi qayıtdı və dərhal da mükəmməl performans sərgilədi. 27 yaşlı forvard son 14 ayda ilk dəfə start heyətində meydana çıxdı və birdən-birə 3 qol vurdu! Çexiyalı bundesliqada son qolunu fevralda vurmuşdu. Onu da bildirək ki, Şik 97-ci bundesliqa matçında ikinci dəfə bir oyuna ən azı 3 top vurdu. O, daha öncə 2021-in dekabrında “Bayer-04”ün “Qroyter”i 7:1 darmadağın etdiyi oyunda dörd qol vurmuşdu.

Turun sitatı
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi: “İli yüksək əhval-ruhiyyədə tamamladıq. Son oyunda da futbolçularım işə çox ciddi və məsuliyyətli yanaşdı. İlk dövrəni bu dərəcədə olmasa da, yaxşı keçirməyi planlaşdırırdıq. İndi oyunçularım layiq olduqları fasiləyə yollanırlar. Durumumuz yaxşıdı və indiki vəziyyətdən zövq alırıq. Amma belə də davam etməliyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Dünya futbolu

8-03-2023, 21:0

“Bavariya” və Devis 100-ə çatdı

Dünya futbolu

27-09-2023, 18:0

“Bavariya” yenə “Bohum”u 7 yerə parçaladı - TURUN ŞƏRHİ

Dünya futbolu

3-09-2022, 20:0

"Qarabağ"ın rəqibi Bundesliqada lider oldu

Aktual
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
Son xəbərlər
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 166
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə