''Qalatasaray'' uğurlu oyunlar seriyasını davam etdirir. İstanbul nəhəngi Türkiyə çempionatının 25-ci turu çərçivəsində ''İstanbul BŞ''ni qəbul etdi.
Son çempion hələ fasiləyə qədər matçın taleyini həll etdi. 25-ci dəqiqədə Barış Alpər Yılmazın və 31-ci dəqiqədə Dris Mertensin vurduğu qollar komandaya rəsmi matçlarda ardıcıl 9-cu qələbəni qazandırdı. ''Cim-Bom'' 3 xal önə keçərək liderliyi ələ alsa da, ''Fənərbaxça'' bu gün ''Alanyaspor''u qəbul edəcək. Yeri gəlmişkən, bu, ''Qalatasaray''ın superliqada ardıcıl 16-cı ev qələbəsi oldu!
Maraq üçün bildirək ki, hazırda ''böyük beşlik''də evdəki ən uzun qələbə seriyası 6-ya bərabərdi (Atalanta, Atletik, Inter, Nitsa). Okan Buruk ''Qalatasaray'' tarixində bu göstəricidə yalnız Mirça Luçeskudan geri qalır. ''Aslan'' rumıniyalı mütəxəssis ilə 2001-in mayından 2002-nin mayına qədər superliqada evdə ardıcıl 18 qələbə qazanmışdı. Yəni Buruku bu rekordun tekrarından cəmi 2 ev qələbəsi ayırır. Maraq üçün bildirək ki, komanda superliqada növbəti 2 ev oyununu uyğun olaraq ''Antalyaspor'' və ''Çaykur Rizəspor''a qarşı keçirəcək.
ƏLİ