Misli premyer-liqasının 22-ci turunda “Qarabağ” “Sabah”ı qəbul edib - 3:3.
“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların məşqçisi Ruslan Qafitullin mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
[quote]“Oyun çox maraqlı keçdi. Amma eyni ssenari oldu, dominant "Qarabağ" idi, biz də çalışırdıq ki, birinci və ikinci zonada onları qarşılayaq və əks-hücumlarda oynayaq. "Qarabağ"a qarşı oynamaq üçün 99 faiz azdı, 100 faiz etibarlı oynamaq lazımdı. Hücumda da, müdafiədə də".[/quote
- Murad Musayevin gedişindən sonra nə dəyişdi ki, "Qarabağ"a uduzmursuz?
- Daha çox psixoloji cəhətdən futbolçularla danışdıq və onlara sərbəstlik verdik. Fərq ondadı ki, bəlkə də, Murad Musayevin tələbkar olması uşaqlara təsir edirdi. Amma İqor Ponomaryov gördü ki, 1:7-dən çətindir və onlara azadlıq verdi.
- İqor Ponomaryov bu nəticələrdən sonra komandada qala bilər?
- Mən bu barədə nəsə deyə bilmərəm. Rəhbərliyin işidir.
- Yusif İmanovun son dəqiqədə buraxdığı səhvi necə şərh edərdiz?
- Öz emosiyaları ilə bacarmadı. Yusif yaxşı qapıçıdır. Bu gün çox yaxşı seyvləri oldu. Sadəcə emosiyaları ilə bacarmadı. Futbolda belə də olur.
- Davit Volkov oynamır. Onun adı "Zirə" ilə hallanır. Onun özü getmək istəyir?
- Deyə bilmərəm. Amma bugünkü məlumat odu ki, hərarəti var.
- Bu gün "Sabah" qələbədən məhrum oldu, yoxsa İmanova görə xal itirdi?
- Deməzdim ki, İmanova görə heç-heçə oynadıq. Siz də izləyirdiz oyunu. Bizim də hardasa bəxtimiz gətirdi. "Qarabağ"ın epizodları oldu, istifadə edə bilmədi. Heç-heçə yaxşı nəticədi.
- Penaltiləri İşak Belfodil yerinə yetirdi. Onu həvəsləndirmək üçün idi?
- Məşqlərdə görürük ki, Belfodil penaltilərə çox soyuqqanlı yaxınlaşır. Baş məşqçi qərar verdi ki, bundan sonra penaltiləri Belfodil vuracaq.