“Bu təklif yayda olarsa, detallı şəkildə maraqlanaram“

11.02.2024 21:30 216
Ölkə futbolu / Manşet
“Araz-Naxçıvan” son turlarda uğursuzluğa düçar olsa da, bu komandanın şərəfini qoruyan Turan Manafov diqqət mərkəzindədi.

Belə ki, Ukraynanın elita təmsilisi “Kolos” onun xidmətində maraqlıdı. “Football-plus.az” olaraq, bu xəbəri dəqiqləşdirmək üçün oyunçuyla əlaqə saxladıq:
“Bəli, bu barədə mənə dedilər. Sadəcə, indiki klubumla müqaviləm yaya qədərdi. Ona görə də təkliflə ciddi maraqlanmadım. Bu təklif yayda olarsa, detallı şəkildə maraqlanaram. Hazırda bütün fikrim “Araz-Naxçıvan”ladı”.


Xatırladaq ki, “Kolos” cari mövsümdə çempionatda keçirdiyi 16 matçda 21 xal toplamaqla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

KAMAL SƏFƏR