Elxan Səmədovla bağlı gözlənilən xəbər gəldi, Aslan Şahgəldiyev isə... - RƏSMİ

10.02.2024 23:20 862
Ölkə futbolu / Manşet
Peşəkar Futbol Liqasının Xankəndinə gedərkən qəzaya uğrayan kollektivinin son durumuyla bağlı yenilik var.

Bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev "Football-plus.az"ı məlumatlandırıb. O, PFL-in prezidenti Elxan Səmədovun müalicəsinin ikinci hissəsini Türkiyədə başa vuraraq vətənə qayıtdığını deyib:

"Elxan müəllimin ümumi durumunda müsbət yöndə irəliləyiş var. Dünəndən etibarən "Bona Dea Hospital"da müalicə və bərpanın 3-cü hissəsinə başlanılıb. Bu prosesin nə qədər davam etməsi, eləcə də hansı tibbi müdaxilələrin olacağı həkimlərin rəyindən asılıdı".

Sənan bəy vitse-prezident Aslan Şahgəldiyevin müalicəsinin də davam etdiyini bildirib:

"Fizioterapiya prosesi gündə iki dəfə olmaqla, yəni gücləndirilmiş rejimdə davam edir. Gündən-günə daha da yaxşılaşır. Hələ ki xəstəxanadadı".

KƏNAN BAHADIR