Peşəkar Futbol Liqasının kollektivinin Xankəndinə gedən yolda qəzaya uğradığını xəbər vermişdik.
Dərhal "Liv Bona De Hospital"a çatdırılan Sənan Abdullayev (mətbuat xidmətinin rəhbəri), Rasim Qafarlı (sürücü), Elgiz Abbasov (departament rəhbəri) və Zaur Hacıməhərrəmovun (icraçı direktor) vəziyyətləri sabit olduğundan stasionara yatırılsa da, Elxan Səmədov (prezident) və Aslan Şahgəldiyev (vitse-prezidenti) üçün əməliyyat qaçınılmaz olmuşdu.
"Football-plus.az"a daxil olan məlumata görə, həkimlərin tibbi müdaxiləsi uğurla sona çatıb. Elxan Səmədov və Aslan Şahgəldiyev hazırda reanimasiya şöbəsində nəzarət altındadı. Müxtəlif sınıq diaqnozları qoyulan digər şəxslərin vəziyyəti də yaxşıdı. Onların müalicəsi davam etdirilir.
KƏNAN BAHADIR