Prezident Elxan Səmədov Türkiyədə müalicəni davam etdirir və bir neçə gün öncə növbəti dəfə əməliyyat olunub. Vitse-prezident Aslan Şahgəldiyev isə ölkəmizdəki xəstəxanaların birində həkim nəzarətindədi. Texniki-idman direktoru Elgiz Abbasov, mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev və icraçı direktor Zaur Hacıməhərrəmov xəstəxanadan buraxılıb.
Sənan bəylə yenidən əlaqə saxlayıb, son durumu öyrənməyi lazım bildik:
“Mən, Elgiz Abbasov və Zaur Hacıməhərrəmov bir neçə gündü iş yerimizdə çalışırıq. Aslan Şahgəldiyevin tam ayağa qalxmasına icazə verilmir. Hələ ki fiziki cəhətdən o qədər güclü deyil. Amma vəziyyəti yaxşıya doğru gedir. Bir müddət xəstəxanada qalacaq. Elxan müəllimin də müalicəsi Türkiyədə davam edir. Gün ərzində azı bir dəfə danışırıq. Şükür Allaha, özünü yaxşı hiss edir”.
KƏNAN BAHADIR






