Türkiyə çempionatında 25-ci tura dünən Adana start verildi.
Yığmamızın üzvü Şahruddin Məhəmmədəliyevin şərəfini qoruduğu ''Adana Dəmirspor''un belə desək, qara günləri davam edir. Ciddi maddi sıxıntılar yaşayan, liderləri ilə vidalaşmalı olan komanda uduza-uduza gedir. ''Adana Dəmirspor'' bu dəfə evdə ''Kasımpaşa''ya boyun əydi (1:3). Hikmət Karamanın kollektivinin məğlubiyyət seriyası 3, rəsmi matçlarda qələbəsiz seriyası isə 9 oyuna yüksəldi!
Adanalıların 2024-cü ildə hələ də qələbəsi yoxdu. Superliqada son 15 turda cəmi 1 qələbə qazana komanda 9-cu pillədədi və turun digər oyunların nəticəsindən asılı olaraq bir qədər də geriləyərə bilər. Halbuki 10-cu turdan sonra komanda 3-cü pillədə idi. Şahruddinin Türkiyə karyerası heç də istənilən səviyyədə keçmir. 29 yaşlı əlcək sahibi indiyə qədər Türkiyənin elitasında 13 oyuna çıxıb və bunlardan yalnız 1-də qələbəyə sevinib (5 heç-heçə, 7 məğlubiyyət). Şahruddin bu 13 görüşdən cəmi 2-də qapısını toxunulmaz saxlayıb və ümumilikdə 21 qol buraxıb.
ƏLİ