"Football-plus.az" xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Tomas Heberli Millətlər Liqasının püşkatması ilə bağlı yerli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis güclü qrupda yer aldıqlarını bildirib:
"Lakin komandamız üçün yaxşı sınaqdı. Bir il ərzində necə inkişaf etdiyimizi görə bilərik. Qrupun keyfiyyətindən danışmağa ehtiyac yoxdu".
Qeyd edək ki, C Liqasının 1-ci qrupunda millimiz Estoniya və İsveçlə yanaşı, Slovakiya kollektivi ilə də üz-üzə gələcək.




