Estoniya Bakıya itkilərlə gələcək

13.06.2023 16:39 446
Aktual / Yığma
Millimiz iyunun 17-də "Dalğa Arena"da Estonoyanı qəbul edəcək. Rəqibin heyəti bir neçə gün öncə açıqlansa da, heç də bütün futbolçular Bakıya gəlməyəcək.

"Football-plus.az"ın Estoniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbərinə görə, millinin əsas mərkəz müdafiəçisi, son mövsüm “Styaua”da çıxış edən Yoonas Tamm heyətdən kənarda qalacaq. Buna səbəb onun klubu ilə müqavilə müddətinin bitməsi və yeni komanda ilə danışıqlar aparmasıdı. Estoniya millisinin baş məşqçisi Tomas Heberli bununla bağlı belə deyib:

"Hazırda çox çətin vəziyyətdəyik. Yoonas başqa komandaya keçməyə çalışır. O, hazırda yeni klubuyla danışıqlar aparır. Bundan başqa, müdafiəçinin mikrozədəsi də var. Bu üzdən ona şans verib risk edə bilmərik".


Bundan başqa, sağlamlıq problemi üzündən Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Marko Lipp, Ken Kalaste, Henrix Pyuq və Markus Soometsin də Bakıya gəlməyəcəyi gözlənilir.

ABDULLA İSMAYILOĞLU