“Azərbaycan millisi ilə oynamaq asan olacaq” - Tomas Heberli

28.03.2023 13:09 254
“Azərbaycan millisinə qarşı keçirəcəyimiz növbəti matçda oynamaq, bəlkə də, bir az asan olacaq”.


"Football-plus.az" xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Avstriyaya 1:2 hesabı ilə məğlub olduqları AÇ-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.

İsveçrəli mütəxəssis F qrupunun növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcəklərini xatırladıb:

“Avstriya ilə oyun çox çətin idi. Amma Azərbaycanla qarşılaşma fərqli olacaq. Həmin matçda topa daha çox sahib ola və hücum futbolu göstərə biləcəyik”.


Qeyd edək ki, F qrupunun 3-cü turunda keçiriləcək Azərbaycan – Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq.