"Footbal-plus.az" xəbər verir ki, Azərbaycan yığması ilə eyni qrupa düşən komandanın çalışdırıcısı yerli mətbuata açıqlamasında millimizlə eyni səviyyədə olduqlarını deyib:
"Ən əsası odur ki, dördüncü qrupdan Yunanıstan və Türkiyədən qaçdıq. Mənim nəzərimdə bütün digər komandalar mükəmməl rəqiblərdi. Düşünürəm ki, Azərbaycan az-çox bizimlə eyni səviyyədə olan komandadı".
Estoniya millisi Belçika, Avstriya, İsveç və Azərbaycan milliləri ilə birgə F qrupunda mübarizə aparacaq.



