• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hemiltonun “Mersedes”dən “Ferrari”yə keçidi avtoidmana nə vəd edir?

İdman

8-02-2024, 22:0

“Formula-1” üzrə dünya çempionatında mövsüm hələ martda başlayacaq. Bununla belə, bir xəbər indidən avtoidman həvəskarlarını həyəcanlandırır. Əlbəttə, söhbət son günlərin ən böyük transfer xəbərindən gedir.

"Football-plus.az" xəbər verir ki, iş ondadı ki, “Ferrari” fevralın ilk günündə hazırda “Mersedes”in şərəfini qoruyan Lüis Hemiltonla uzunmüddətli müqavilə bağladığını elan edib. Britaniyalı pilot 2024 mövsümünü də indiki komandasının heyətində keçirəcək, ancaq 2025 mövsümündən İtaliya komandasının uğurları üçün çalışacaq.

Bir neçə gün əvvəl “Mersedes” Hemiltonun 2024 mövsümünün ardından komandanı tərk edəcəyini açıqlamışdı. Britaniyalının 2013-dən bəri “gümüşü qanadlar”ın düşərgəsundə olduğunu da xatırladaq. Yeddiqat dünya çempionu ötən mövsüm 234 xalla 3-cü yeri tutub. “Kral avtoyarışları”nda indiyə qədər 103 qələbə qazanıb, 197 dəfə fəxri kürsüyə qalxıb.

Yanvarın 7-də 39 yaşını tamamlayan Lüis təqaüdə çıxmaq fikrində deyil. Tez-tez titulsuz bitirdiyi ardıcıl üç mövsümdən sonra motivasiyasını itirməsi ilə bağlı xəbərləri təkzib edir. O, 2021-ci ildə Əbu-Dabidəki qalmaqallı yarışın yalnız son dövrəsində çempionluğu Maks Ferstappenə “təhvil verdi”, 2022-də ümumi hesabda 6-cı yeri tutdu, 2023-də “Red Bull”un hər iki pilotundan geri qalmaqla 3-cü oldu. Unutmağa dəyməz ki, Hemilton son iki mövsümdə “Mersedes”in sükanı arxasında bir yarışı da öndə bitirməyib ki, buna görə dərin məyusluq yaşadığı şübhə doğurmur.

“Mersedes”in heyətində 11 mövsüm keçirən, 7 dünya çempionluğundan 6-nı bu komanda (birini də “Maklaren”lə) qazanan Hemilton dəfələrlə karyerasını məhz burda bitirmək istədiyini deyib. Amma eyni zamanda, bir ambisiyalı pilot kimi uğursuzluqlar zəncirindən sonra “Mersedes”ə kənar gözlə baxmağa başlayıb. Həm “Red Bull”un bolidləri, həm də “Ferrari” haqda çoxlu kompliment söyləməkdən çəkinməyib.

Yeri gəlmişkən, “Ferrari” düşərgəsində də daim Lüisin yüksək ustalıq səviyyəsini qeyd ediblər. Hələ 2019-da britaniyalının tezliklə İtaliya komandasının düşərgəsində görünəcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Onda Hemilton “Mersedes”də qalsa da, hər dəfə müqaviləni yeniləmək ərəfəsində bu mövzuda intriqa alovlanırdı. Belə düşünmək olardı ki, ötən yay pilot və komanda 2025 mövsümünün sonuna qədər müqavilə bağlamaqla hər kəsi sakitləşdirməyi bacardı. Ancaq indi aydın olur ki, həmin vaxt müqavilə iki il müddətinə yox, “1+1” şərti ilə imzalanıbmış, yəni 2024 mövsümü bitəndən sonra pilotun müqaviləni ləğv etmək hüququ var imiş. Sonda elə belə də olacaq.

Bəs Hemilton – “Ferrari” anlaşması tərəflərə nə qazandıracaq? “Formula-1”in əfsanəvi komandalarından olan “Ferrari”də artıq uzun müddət dünya çempionluğuna həsrət qalmaqdan beziblər. Sonuncu belə titulu finlandiyalı Kimi Raykkonen 2007-ci ildə qazanıb, özü də həmin vaxt debütant olan Lüis Hemiltonu və “Maklaren”in ispaniyalı pilotu Fernando Alonsonu qabaqlamaqla. O vaxtdan bəri çoxları “Ferrari”də parlamağa çalışıb – ikiqat dünya çempionu Alonso, dördqat dünya çempionu, almaniyalı Sebastyan Fettel. Ancaq heç biri vitse-dünya çempionluğundan artığını bacarmayıb. Odu ki, Hemilton 8-ci dünya çempionluğunu “Ferrari” ilə qazansa, bütün zamanların əfsanəsinə çevriləcək.

Bir önəmli məqam da var. Maranellodakı bazada Lüisin yoluu həvəslə gözləyirlər, ona qucaq açıblar – komandanın rəhbəri Frederik Vasser və “Ferrari”nin prezidenti Con Elkan ilə onu çoxdankı dostluq münasibətləri bağlayır. Yaxınlarda müqavilə müddəti 2028-ci ilə qədər uzadılan Şarl Lekler komandada Lüisə rəqib olacaq potensiala malik deyil. Onun kollektivə təsir gücü hiss olunmur. Hemiltonun yerini tutacağı Karlos Saynsın müqavilə müddəti isə 2024-cü ilin sonunda bitəcək.

Artıq 2024-ə damğa vuran bu transferdən bütün tərəflər qazanacaq. Hemiltonun özü ilə yanaşı, “Ferrari”yə və ümumilikdə “Formula-1”ə də maraq artacaq.

Hemiltonun İtaliya komandasında nə qazanacağı də bəllidi. “La Gazzetta dello Sport” britaniyalının ildə 50 milyon avro qazanacağını yazır. Düzdü, bu, 39 yaşlı pilotun “Mersedes”də qazandığından azdı. “Formu1a.uno” nəşri isə Hemiltonun “Ferrari”də ilə 100 milyon dollar qazanacağını iddia edir. Bura maaşla yanaşı, sponsor pulları, imic hüququndan yararlanmaqla bağlı ödənişlər, müxtəlif bonuslar da daxildi. Bununla da yeddiqat dünya çempionu İtaliya komandasının tarixinə ən yüksək ödənişli pilotlardan biri kimi düşəcək.

Bu arada “Mersedes”in rəhbəri Tofo Volff da Hemiltonun “Ferrari”yə keçəcəyindən necə xəbər tutduğunu deyib: “Lüislə müqavilə bağlayanda qısa müddət seçmişdik, odu ki, bu hadisə mənim üçün sürpriz olmadı. Sadəcə, Lüisin bu qərarı açıqladığı vaxt bizi təəccübləndirdi. Oksforddakı evimdə əyləşib bir fincan qəhvə içdik, komandanın bazasına qayıtdıq və o mənə 2025-ci ildə “Ferrari”də çıxış etmək qərarını verdiyini dedi. Prinsipcə bununla də hər şey bitdi, biz təxminən bir saat danışdıq”.

Paylaş:
Digər xəbərlər

İdman

4-09-2023, 19:0

“Mersedes” hər iki pilotu ilə müqaviləni yenilədi

İdman

19-08-2023, 19:0

Hemilton – “Mersedes” izdivacı nə vaxt rəsmiləşəcək?

İdman

25-01-2024, 23:0

Ferstappen Hemiltonla rəqabət haqda danışdı

İdman

18-03-2023, 18:0

Hemilton “Mersedes”dən nə vaxt gedəcək?

İdman

27-03-2023, 15:0

Hemilton “Mersedes”dən ayrılır?

İdman

2-02-2024, 22:0

İki pilot müqaviləni yenilədi, “Alfa Tauri”nin adı dəyişdi

Aktual
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
Son xəbərlər
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 155
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 107
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə