“Formula-1” komandalarından “Mersedes” britaniyalı pilotları Lüis Hemilton və Corc Rassell ilə yeni müqavilə bağlayıb.
“Football-plus.az” xəbər verir ki, komandanın mətbuat xidmətinin yaydığı xəbərə görə, müqavilələr 2025 mövsümünün sonuna qədər nəzərdə tutulub. Onların əvvəlki müqaviləsinin vaxtı isə 2023-cü ilin sonunda bitəcəkdi.
2013 mövsümündən “Mersedes”in şərəfini qoruyan Hemilton Almaniya komandasının heyətində 6 çempionluq qazanıb. Rassell isə 2022-ci ildə bu komandanın əsas pilotu olub. Yeddiqat dünya çempionu Hemilton cari mövsümdə 4-cü, Rassell 7-ci pillədə qərarlaşıb.