7 aylıq işsizliyə son qoydu

8.02.2024 17:30 148
Dünya futbolu
Nəhayət, Cessi Linqard işsizliyə son qoyub.

İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi 7 aydan sonra özünə komanda tapıb. O, “Seul” ilə anlaşıb. Koreya klubunun rəsmi saytının məlumatına görə, 31 yaşlı futbolçu ilə “2+1 il” sxemi üzrə müqavilə imzalanıb.

Cessi 2022/23 mövsümündə “Nottingem Forest”də çıxış edib. Bu klubu yayda tərk edəndən sonra işsiz idi.