Nəhayət, Elyakim Manqalya birillik işsizliyə son qoyub. Fransa millisinin sabiq oyunçusu bu müddətdən sonra özünə klub tapıb.
"Football-plus.az" xəbər verir ki, 32 yaşlı müdafiəçi “Eştoril” ilə 1 illik müqavilə bağlayıb. Bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. Ötən ilin yayında “Sent-Etyen”i azad agent kimi tərk edən Manqalya o vaxtdan işsiz idi. O, daha əvvəl “Everton”, “Mançester Siti”, “Valensiya”, “Portu” və “Standard”da çıxış edib. Elyakimin 2013-16-cı illərdə Fransa yığmasında oynadığını da yada salaq.