Nəhayət, Cessi Linqard özünə yeni klub tapıb.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi karyerasını Fransada davam etdirəcək.
31 yaşlı futbolçunun agentləri “Lill” ilə danışıqlarda müqavilənin son detallarını razılaşdırmağa çalışırlar. İngiltərəli futbolçu özü də Fransada oynamağa razılıq verib. Linqardın sonuncu klubu iyulda tərk etdiyi “Nottngem Forrest” olub. O, oktyabrda “Əl-İttifaq”ın bazasında məşq edib. Lakin Səudiyyə Ərəbistanı klubunun əcnəbi oyunçu limiti bitdiyindən transfer baş tutmayıb.
Linqard MY-nin yetirməsidi. O, “Lester,” “Birmingem”, “Brayton”, “Derbi”, “Vest Hem”də də çıxış edib.