Linqardın yeni klubu bəlli oldu

22.07.2022 11:54 445
Dünya futbolu
“Mançester Yunayted”dən ayrılan Cessi Linqardın yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, ingilis yarımmüdafiəçi "Nottingem Forest”də çıxış edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Cessi Linqard 21 il sonra klubundan ayrılıb. İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qol vurub.