"Zirə" - "Sumqayıt" qarşılaşmasında hakimlə mübahisə və qarşıdurma yaşayan "kimyaçılar"ın baş məşqçi 5 oyunluq (2-si şərti olmaqla) cəzalanıb. O, "Zirə" ilə oyunsonrası mətbuat konftansında "İntizam Komitəsinin verəcəyi qərarı gözləyirəm. Yalnız ondan sonra hansı tədbirlərə əl atacağımı biləcəm" demişdi. Mütəxəssisin mövcud qərarla razılaşıb-razılaşmayacağı ilə bağlı klubun mətbuat katibi Zaur Xudiyev bunlar dedi:
"Samir müəllimin qənaətinə görə, İntizam Komitəsinin onunla bağlı qərarı ağır və gözlənilməzdi. Oxşar vəziyyətlərdə daha yüngül cəzalar verilsə də, bu dəfə ən yüksək hədd götürülüb. Amma qeyd elədi ki, apellyasiya vermək fikrimiz var, onun da qərarını gözləyəcəyik".
ABDULLA İSMAYILOĞLU





