1/8 final matçını buraxacaq

7.02.2024 16:25 174
Dünya futbolu
Rendal Kolo Muani Fransa kubokunun 1/8 finalında “Brest”lə matçda iştirak etməyəcək.

PSJ-nin hücumçusu virusa yoluxub. 25 yaşlı fransalı futbolçu kubok oyununu buraxacaq. Bu gün keçiriləcək PSJ – “Brest” matçı Bakı vaxtı ilə saat 00.10-da başlayacaq.

Rendal bu mövsüm Liqa 1-də meydana çıxdığı 14 oyunda 5 qol vurub.