Markinyos bir müddət meydana çıxa bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, braziliyalı futbolçu DÇ-2026-nın seçmə turnirinin Argentina ilə oyununda (0:1) sıradan çıxıb. Müayinə nəticəsində onun dizaltı vətərinin zədələndiyi məlum olub.
Təcrübəli futbolçu artıq PSJ-yə Fransa çempionatının “Monako” ilə ev oyununda (5:2) kömək edə bilməyib. Onun “Nyukasl”a qarşı Çempionlar Liqası matçını da buraxacağı açıqlanıb.