Bu gün Misli premyer-liqasında 34-cü tura start verilib. “Zirə” “Kəpəz”i qəbul edib.
"Football-plus.az" xəbər verir ki, görüş “CBC Sport” telekanalı vasitəsiylə canlı yayınlanıb. Maraq üçün qeyd edək ki, mayın 14-də keçirilməli olan “Sumqayıt” – “Sabah” matçı 17-nə təxirə salınıb. Buna səbəb “bayquşlar”ın mayın 13-də “Beşiktaş”la yoxlama matçında qüvvəsini sınamasıdı.
Misli premyer-liqası
4-cü dövrə, 34-cü tur
12 may
Zirə - Kəpəz 1:1
Toni Qomes, 51 - Yeqor Xvalko, 45+3
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 7:+4=3-0, 14:7.
2015/16 – 2:2, 2:2; 2016/17 – 2:0, 1:0; 2017/18 – 3:0, 2:1; 2022/23 – 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Zirə. İdman Kompleksinin stadionu. Saat 19.00
34-cü həftənin açılış matçı Zirədə keçiriləcək. Rəşad Sadıqovunun komandası gəncəliləri qəbul edəcək. “Qartallar” Konfrans Liqasına vəsiqə qazanmaq istəyir. Bunun üçün premyer-liqada 4-cü pillədə qərarlaşmaq şərtdi. Komandanı hazırda “Qəbələ”dən cəmi 3 xal ayrırır. Qəsəbə klubu bu fərqi aradan qaldırmaq üçün “Kəpəz”i məğlub edərək “qırmızı-qaralar”ın doğma meydanda “Turan Tovuz”a uduzmasını gözləməlidi. “Sarı-göylər”in də işi rəvan getmir. Amma Tərlan Əhmədovun komandası bu görüşdə qələbə qazansa, premyer-liqada qalmağı rəsmiləşdirəcək. Əks halda gəncəlilər “Şamaxı”nın “Neftçi”yə məğlub olmasını gözləməlidi. Qarşılaşmanın favoriti bakılılar olsa da, qonaqların paytaxtdan 3 xalla ayrılması sensasiya sayılmayacaq.
Ümumiyyətlə, komandalar indiyə kimi Azərbaycan çempionatında 15 dəfə üz-üzə gəlib. Bu görüşlərin 6-da “Zirə” qələbə qazanıb. 3-də sevinən tərəf gəncəlilər olubsa, 6 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də zirəlilər öndədi – 21:15.
1. Qarabağ 33 26 6 1 84-22 84
2. Sabah 33 24 5 4 71-23 77
3. Neftçi 33 18 7 8 58-36 61
4. Qəbələ 33 13 9 11 45-44 48
5. Zirə 34 12 10 12 42-46 46
6. Turan Tovuz 33 9 8 16 31-43 35
7. Kəpəz 34 6 12 16 32-58 30
8. Sumqayıt 33 7 7 19 24-62 28
9. Səbail 33 6 7 20 29-57 25
10. Şamaxı 33 4 11 18 25-50 23