Premyer-liqada yeni rekord

6.02.2024 13:51 177
Dünya futbolu
İngiltərə premyer-liqasında yeni rekord qeydə alınıb.

Bu 23-cü tura təsadüf edib. Turda qapılara ümumilikdə 45 qol vurulub. Bu isə turnirin tarixinə yeni rekord kimi düşüb. Əvvəlki rekord 2020/21 və 2022/23 mövsümlərində qeydə alınmışdı: bir turda 44 qol vurulmuşdu.

Yeri gəlmişkən, hazırda bu liqada “Liverpul” 51 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Mançester Siti” 49 xalla 2-ci, “Arsenal” isə eyni xalla (23 oyun) 3-cü yeri tutur.