Premyer-liqada cari mövsümün rekordu

9.04.2023 19:18 259
Dünya futbolu
İngiltərə premyer-liqasının “Mançester Yunayted” – “Everton” matçında rekord qeydə alınıb.

“Football-plus.az” xəbər verir ki, ev sahibləri ilk hissədə qapıya 21 zərbə endiriblər. Bu, premyer-liqanın cari mövsümün rekordudu. Matç MY-nin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Erik ten Haqın çalışdırdığı komanda hazırda çempionatda 29 oyuna 56 xalla 4-cü yeri tutur.