Premyer-liqada 73 illik rekord yeniləndi

7.06.2022 17:31 498
Dünya futbolu
İngiltərə premyer-liqasında yeni rekord qeydə alınıb.

Ölkə çempionatının son mövsümündə hər oyuna orta hesabla 39989 tamaşaçı baxıb. Bununla da 73 il əvvəlki rekord yenilənib. Xatırladaq ki, 1948/49 mövsümündə İngiltərə çempionatının oyunlarını stadionlarda orta hesabla 38776 tamaşaçı izləmişdi.