İngiltərə premyer-liqasında yeni rekord qeydə alınıb.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionatının son mövsümündə hər oyuna orta hesabla 39989 tamaşaçı baxıb.
Bununla da 73 il əvvəlki rekord yenilənib. Xatırladaq ki, 1948/49 mövsümündə İngiltərə çempionatının oyunlarını stadionlarda orta hesabla 38776 tamaşaçı izləmişdi.