Yayda Dortmundu tərk edəcək

4.02.2024 17:51 179
Dünya futbolu
Marko Roys ilə bağlı məsələyə aydınlıq gəlib.

“Football-plus.az” xəbər verir ki, təcrübəli futbolçu yayda Dortmundu tərk edəcək. “Borussiya” rəhbərliyi yaş amilinə görə onunla müqaviləni yeniləməmək qərarına gəlib. 34 yaşlı Marko sarı-qara formanı 2012-ci ildən daşıyır.

Onun Münhenqladbax “Borussiya”sına qayıda biləcəyi xəbər verilir. Xatırladaq ki, Roys bu komandada 2009-12-ci illərdə top qovub.