Marko Roysun “Borussiya”da qalıb-qalmayacağı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Dortmund klubunun baş direktoru Hans-Yoahim Vatske yarımmüdafiəçinin komandadakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb: “Yaxın vaxtlarda Markonun müqaviləsi ilə bağlı qərar verəcəyik. Düşünürəm ki, bu, on günə qədər çəkəcək”.
Roys “Borussiya”da 2012-ci ildən çıxış edir. Onun klubla müqaviləsinin müddəti iyunun sonuna kimidi. 33 yaşlı alman futbolçu bu mövsüm 20 liqa oyununda meydana çıxıb, 6 qol vurub və 4 qolun ötürməsini verib.