Markus Türam “Borussiya”nı yayda tərk edəcək.
Football-plus.az xəbər verir ki, fransalı hücumçu rəhbərliklə yeni müqavilə üzrə danışıqlarda razılığa gələ bilməyib. Münhenqladbax klubunun idman direktoru Roland Virkus bu haqda açıqlama verib. O, Markusun mövümün sonunda komandanı azad agent kimi tərk edəcəyini deyib.
Türam “Borussiya”da 2019-cu ildən çıxış edir. 25 yaşlı hücumçu bu mövsüm bundesliqada 20 oyuna 11 qol vurub.