Əl-Şaaravi qaldı, Kristensen gəldi

19.07.2023 19:15 241
Dünya futbolu
“Roma” rəhbərliyi oyunçulardan biri ilə yenidən anlaşıb.

“Football-plus.az” xəbər verir ki, Stefan Əl-Şaaravi ilə müqavilə yenilənib. 30 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdi. Əl-Şaaravi paytaxt klubunda 2021-ci ildən çıxış edir. O, ötən mövsüm “Roma”da 42 oyuna 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Əlavə edək ki, “Roma” heyətinə yeni futbolçu da cəlb edib. Paytaxt klubu “Lids”in oyunçusu Rasmus Kristenseni icarəyə götürüb. Danimarkalı müdafiəçi növbəti mövsüm bu statusla İtaliya klubunda oynayacaq. “Roma”da “43” nömrəli forma ilə çıxış edəcək Kristensen İngiltərə premyer-liqasının son mövsümündə 26 matçda iştirak edib və 3 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul