Paytaxt klubunda yeni oyunçu

15.07.2023 23:13 232
Dünya futbolu
“Roma” heyətinə yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubu “Lids”in oyunçusu Rasmus Kristenseni icarəyə götürüb.

Danimarkalı müdafiəçi növbəti mövsüm icarə əsasında İtaliya klubunda oynayacaq. O, “Roma”da “43” nömrəli forma ilə çıxış edəcək.

Kristensen 2022/23 mövsümündə İngiltərə premyer-liqasında 26 matçda iştirak edib və 3 qol vurub.