Almaniya nəhəngi 16 yaşlı futbolçu aldı

3.02.2024 15:55 166
Dünya futbolu
“Bavariya” bu qış növbəti transferini reallaşdırıb.

Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, Almaniya nəhəngi AİK-dən İon Kusi-Asareni heyətinə cəlb edib.

16 yaşlı hücumçu yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb. “Bavariya” bu transfer üçün AİK-ə 6,5 milyon avro ödəyib.

Qeyd edək ki, Kusi-Asare AİK-in yetirməsidi. O, U-14-dən əsas komandaya qədər yüksəlib. Hücumçu İsveç çempionatının son mövsümündə 4 matçda oynamaq şansı qazanıb.