Almaniya kubokunda ilk yarımfinalçı bəlli oldu. 2-ci bundesliqanın iki təmsilçisinin – “Sankt Pauli” ilə “Fortuna”nın dramatik duelində penalti seriyasında sevinən qonaqlar oldu.
Baxmayaraq ki, hazırda 2-ci bundesliqada turnir cədvəlinə məhz “Sankt Pauli” başçılıq edir. Beləliklə, kubokun ikiqat qalibi olan Düsseldorf təmsilçisi 28 illik fasilədən sonra ilk dəfə yarımfinala yüksəldi. “Fortuna” sonuncu dəfə bu mərhələyə 1995/96-da yüksəlmişdi. O vaxt komanda finalın biraddımlığında “Karlsrue”yə boyun əymişdi (0:2).
1/4 final
Sankt Pauli (D-2) – Fortuna (D-2) 2:2, p. - 3:4
Hartel, 60-p. Buxalfa, 120+1 – Vermey, 38-p. Tanaka, 99.
Herta (D-2) – Kayzerslautern (D-2) 1:3
Reze, 90+1 – Elvedi, 5. Taçi, 38. Kaloç, 69.
“Bayer-04” – “Ştutqart” oyunu fevralın 6-da, “Saarbrükken” (D-3) – “Borussiya” (M) oyunu fevralın 7-də keçiriləcək.