İstedadlı futbolçu uzun müddətdi danışıqlar apardığı ''Hall Siti'' ilə anlaşma əldə edib. Çempionşipdə çıxış edən bu klubun sahibi bilindiyi kimi türkiyəli məşhur şoumen Acun Ilıcalıdı. Abdülkadir rəsmi müqaviləyə imza atmaq üçün İngiltərəyə yollandı. ''Hall Siti'' ''Trabzonspor''a təxminən 6 milyon avro təzminat ödəyəcək. Klubun öz yetirməsi olan 24 yaşlı vinger bütün karyerasını Trabzonda keçirib. O, indiyə qədər bu klubda 211 rəsmi oyunda 25 qol, 36 məhsuldar ötürmə ilə fərqlənib və 1 çempionluq olmaqla 4 titul qazanıb. Acun bir müddət öncə bu futbolçu haqda bunları demişdi:
''Abdülkadir ilə danışıqlarımız davam edir. ''Trabzonspor'' başqanı Ərtuğrul Doğan sağ olsun, o da əlindən gələni edir. Abdülkadir qərarını verib və artıq legioner həyatı yaşamaq istəyir. Onun həm də gələcəkdə başqa bir kluba yaxşı məbləğə transfer olunmaq potensialı var. ''Trabzonspor''a görə müqaviləyə sonrakı satışdan yüksək pay qoydurmaqla bu keçidi bitirmək istəyirik. Gələcəkdə ''Trabzonspor'' da qazansın. Danışıqlar uğurlu şəkildə irəliləyir. Amma hələ ki, heç bir imzalar atılmayıb. Bu qış Türkiyədən başqa oyunçu almaq barədə düşünmürük''.
ƏLİ




