''Trabzonspor''da rəhbərliyin qərarı ilə iki futbolçunun - Abdülkadir Ömür ilə Umut Bozokun əsas komandadan kənarlaşdırıldığını xəbər vermişdik.
Bu oyunçuların bu cür aqibətlə üzləşmələrinin səbəbi bəlli olub. Umut Bozok bu qış klubdan ayrılmaq istəyir. Amma onun müqaviləni qarşılıqlı şəkildə ləğv etmək təklifi rəhbərliyi qane etməyib. ''Trabzonspor'' 2022-də Umuta görə 2 milyon avro ödədiyindən indi də haqlı olaraq satışdan pul qazanmaq istəyir. Bu üzdən futbolçu ilə rəhbərliyin münasibətləri pozulub.
Klubun öz yetirməsi olan Abdülkadir Ömürün isə durumu fərqlidi. Bu futbolçu artıq ''Trabzonspor''a yeni bir şey verə bilməyəcəyini düşünür. Ona görə də karyerasında yeni mərhələ açaraq Avropaya yollanmaq istəyir. Amma rəhbərlik onun mövsümün sonuna qədər qalmasını istəyirdi. Bu arada Türkiyə mətbuatının yazdığına inansaq, Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti'' Abdülkadirə görə rəsmi təklif irəli sürüb. İngilislər tezliklə 24 yaşlı futbolçunu İngiltərəyə gətirmək, tibbi müayinədən keçirmək və rəsmi müqavilə imzalamaq istəyirlər. Bu transferin maddi detalları barədə məlumat yoxdu. Abdülkadirin bu mövsüm 17 rəsmi oyuna çıxaraq 6 məhsuldar ötürmə ilə yadda qaldığını bildirək.
ƏLİ