Düzdü, Qurban Qurbanov oyunsonrası mətbuat konfransında Benzyanın vəziyyətini yaxşı olmadığını, Cicanın axsamasının isə yorğunluqla bağlı olduğunu söylədi. Bu gün ölkə kubokunun 1/4 finalı çərçivəsində “Sabah”la keçiriləcək oyunda adıçəkilənlər meydanda görünəcəkmi? Bu haqda ətraflı məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə danışdıq:
“Benzyanın ümumi sağlıq durumu normaldı, sadəcə, məşqə çıxa bilmir. Bu da sırf gözündəki tikişlə və gözündə yaranmış şişkinliklə - hematoma ilə bağlıdı. Yəqin ki, qarşıdakı günlərdə məşqləri bərpa edəcək. Lakin qarşıdakı kubok oyununu buraxmalı olacaq. Cicanın durumuna gəlincə, dünən ciddi bir problem olmadı. Artıq bugünkü məşqdə sağlıq durumuna tam aydınlıq gələcək”.
Xatırladaq ki, Benzya Juninyoya məhsuldar ötürmə verərkən qapıçıyla sərt şəkildə toqquşmuşdu.
KAMAL SƏFƏR



