“Sabah”ın futbolçusunun vəziyyətinə aydınlıq gəldi - ÖZƏL AÇIQLAMA

5.05.2022 15:56 663
Ölkə futbolu
Premyer-liqanın 25-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçının 28-ci dəqiqəsində qonaqların futbolçusu Xuan Kamara zədələndi.

Yarımmüdafiəçi həkimlərin müdaxiləsinə ehtiyac duydu və müayinəsi meydanın kənarında davam etdirildi. Tibbi heyət 28 yaşlı futbolçunun yenidən oyuna qayıtmasında problem görmədi. Lakin ispaniyalı 36-cı dəqiqədə ağrıları səbəbindən matça davam edə bilmədi və Ceyhun Nuriyevlə əvəzləndi.

Xuanın sağlıq durumunu öyrənmək üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışmağı lazım bildik. Klub rəsmisinin “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Kamaranın zədəsi ciddi deyil. Sabahdan məşqlərə başlayacaq. Növbəti oyunda meydana çıxa bilər”.

SƏNƏM FƏRHADOVA