Prezident və sabiq müdafiəçi vəfat etdi

19.01.2024 12:37 174
Dünya futbolu
"Herta"nın prezidenti Kay Bernşteyn 43 yaşında qəfil dünyasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Bernşteyn 2022-ci ilin iyulundan "Herta"nın prezidenti vəzifəsini icra edib. Bundan əvvəl o, "Herta"nın ən böyük fanklubu "Berlin Harlequins 98"i yaradanlardan biri olub.

2-ci bundesliqada çıxış edən "Herta"nın hesabında 17 turdan sonra 25 xal var, Berlin təmsilçisi 7-ci pillədə qərarlaşıb.

"Atletiko"nun heyətində İspaniya çempionu olan Xorxe Qriffa da dünyasını dəyişib. Sabiq müdafiəçi 89 yaşında vəfat edib.

Qriffa 1959-69-cu illərdə "Atletiko"nun formasını geyib. O, paytaxt klubunun heyətində 247 matçda meydana çıxıb və 6 qol vurub, 1966-cı ildə İspaniya çempionu olub.