Mövsümü erkən başa vurdu

27.01.2024 14:54 200
Dünya futbolu
Aleks Balde böyük məyusluq içindədi.

“Barselona”nın müdafiəçisi üçün cari mövsüm erkən başa çatıb. İspaniya mənbələrinin məlumatına görə, o, ölkə kubokunun 1/4 finalının “Atletik”lə matçında (2:4) aldığı zədə səbəbindən əməliyyat olunacaq. Bərpa müddəti təxminən 4 ay çəkəcək. Beləliklə, 20 yaşlı futbolçu bu mövsüm bir daha komandaya kömək edə bilməyəcək.

Balde cari mövsümdə 28 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.