İtaliya Superkuboku matçlarına görə A seriyasının 21-ci turunda nəzərdə tutulan on oyundan altısı baş tutdu. Ən iddialı komandaların qələbə qazandığı turdan sonra lider dəyişdi.
"Football-plus.az" xəbər verir ki, tura yanvarın 20-də Romada keçirilən oyunla start verildi. Eyniadlı komandanı “Verona”ya qarşı matça Daniele De Rossi hazırlamışdı. 40 yaşlı mütəxəssis uğursuz nəticələrə görə ayın 16-da istefaya göndərilən Joze Mourinyonun yerinə təyinat alıb. Qeyd edək ki, yerli tifozi tribunalarda portuqaliyalı mütəxəssisi dəstəkləyən və ona minnətdarlıq ifadə edən müxtəlif yazıların olduğu bannerlərdən istifadə etdilər. De Rosinin 2001-19-cu illərdə sarı-qırmızı formasını geydiyi komandanın baş məşqçisi kimi debütü isə uğurlu alındı. Romalılar autsayderlər qrupunda olan rəqibi ilk hissədə böyük ölçüdə üstələdi. Bunun məntiqi nəticəsi Lukaku ilə Lorentso Pelleqrininin 6 dəqiqəyə vurduqları iki qol oldu. Veronalılar ikinci hissədə fərqi minimuma endirməklə ümidləndilər. Lakin “Roma” sonda 2:1 hesabına sevindi. Bu, paytaxt komandasının A seriyasında son 7 oyunda qazandığı 2-ci qələbə oldu.
Günün Udinedə keçirilən ikinci matçı da favorit sayılan komandanın qələbəsi ilə nəticələndi. Amma “Milan” bunun üçün çox çətinlik çəkməli oldu. Stefano Pyolinin komandası yarım saatlıq mübarizə arxada qalandan sonra hesabı açdı. Loftus Çikin qolundan sonra “Daçiya Arena”da arzuolunmaz hadisə baş verdi. Qonaqların qapıçısı Menyan tribunaların onu irqçi təhqirlərə məruz qoyduğunu Fabio Mareskaya bildirdi. Hakim komandaları ehtiyat oyunçular skamyasına göndərərək matçda fasilə verməyi lazım bildi. Menyanın bu anda əlcəklərini çıxararaq paltardəyişmə otağına yollanması diqqətdən yayına bilməzdi. Fransalı futbolçu yalnız oyundaşlarının xahişi ilə meydana qayıtdı. Matç 6 dəqiqədən sonra bərpa olunmuşdu ki, Samarciç hesabı bərabərləşdirdi. Qeyd edək ki, udinelilərin 21 yaşlı yarımmüdafiəçisi son üç mövsümdə A seriyasında 10 qol vuran ən gənc oyunçudu.
Ev sahibləri bir saat arxada qalandan sonra Toven ilə hesabda önə keçməyi də bacardılar. Ancaq milanlıların xarakteri qarşısında tab gətirə bilmədilər. Stefano Pyolinin əvəzləmələrinin buna çox təsiri oldu. Əvvəlcə Yoviç hesaba tarazlıq gətirdi. Hücumlara ara verməyən qonaqlara 3 xal qazandıran oyunçu isə Okafor oldu. Son 6 oyunda 5-ci qələbəsini qazanan “Milan” 3-cü yerdə möhkəmləndi. Pyoli isə bu komanda ilə A seriyasında 100-cü qələbəyə sevindi. 166-cı çempionat matçında yubileyə nail olan 58 yaşlı məşqçi bu planda yalnız Karlo Ançelottidən (165 oyuna 100 qələbə) geri qalır.
Turun sonuncu oyunu Leççedə keçirildi. “Yuventus” rəqibi üzərində oyun planında əhəmiyyətli üstünlüyə malik olmasa da, inamlı qələbə qazanmağı bacardı. Ev sahiblərinin arxa xətti uzun müddət tirinlilərin hücumlarının qarşısını kəsə bilirdi. Lakin Vlahoviçin 59-cu dəqiqədə hesabı açması “Leççe”yə psixoloji planda pis təsir etdi. “Ağ-qaralar” bundan maksimum yararlanaraq sonda hesabı darmadağın həddinə çatdırdılar. “Yuventus” lider “İnter”in oyununun təxirə salınmasından yararlanaraq A seriyasında ardıcıl 5-ci qələbə ilə 1-ci yerə yüksəldi. Massimiliano Alleqrinin bu liqada 300-cü qələbəyə sevindiyini də bildirək.
21-ci tur
Roma – Verona 2:1
Lukaku, 19. Lorentso Pelleqrini, 25 – Folorunşo, 76. (61857)
Roma: Patrisio, Lyorente, Höysen, Spinatsola (R.Kristensen, 28), Karsdorp, Lorentso Pelleqrini, Paredes, Bove, Əl-Şaaravi (Belotti, 81), Dibala (Zalevski, 58), Lukaku.
Udineze – Milan 2:3
Samarciç, 42. Toven, 62 - Loftus Çik, 31. Yoviç, 83. Okafor, 90+3. (23000)
Milan: Menyan, Ernandes, Kyaer, Qabbya, Kalabriya (Florentsi, 75), Reynders (Okafor, 68), Adli, Loftus Çik, Leao (Musa, 90+5), Pulişiç (Yoviç, 75), Jiru.
Leççe – Yuventus 0:3
Vlahoviç, 59; 68. Bremer, 85. (?????????)
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti, Kostiç (Aylinq-Cunior, 74), Lokatelli, Kambyaso (Aleks Sandro, 81), Miretti (Vea, 57), Makkenni, Yıldız (Milik, 74), Vlahoviç.
Frozinone – Kalyari 3:1
Matsitelli, 64. Sule, 75. Kayo Jorje, 90+6 – Sulemana, 26. (13925)
Empoli – Montsa 3:0
Jurkovski, 13; 38; 73. (7650)
Salernitana – Cenoa 1:2
Martecani, 2 – Retegi, 13. Qudmundsson, 57-p. (20000)
İtaliya Superkuboku matçlarına görə “Bolonya” – “Fiorentina” oyunu fevralın 14-nə, “Torino” – “Latsio” oyunu fevralın 22-nə, “Sassuolo” – “Napoli” və “İnter” – “Atalanta” oyunları isə fevralın 28-nə təxirə salınıb.
1. Yuventus 21 16 4 1 35-12 52
2. İnter 20 16 3 1 49-10 51
3. Milan 21 14 3 4 41-23 45
4. Fiorentina 20 10 4 6 29-21 34
5. Latsio 20 10 3 7 24-20 33
6. Atalanta 20 10 3 7 35-21 33
7. Bolonya 20 8 8 4 23-18 32
8. Roma 21 9 5 7 34-25 32
9. Napoli 20 9 4 7 30-25 31
10. Torino 20 7 7 6 18-18 28
11. Montsa 21 6 7 8 20-28 25
12. Cenoa 21 6 7 8 22-25 25
13. Frozinone 21 6 4 11 28-40 22
14. Leççe 21 4 9 8 20-29 21
15. Sassuolo 20 5 4 11 26-36 19
16. Udineze 21 2 12 7 23-35 18
17. Kalyari 21 4 6 11 20-36 18
18. Verona 21 4 5 12 19-29 17
19. Empoli 21 4 4 13 14-35 16
20. Salernitana 21 2 6 13 18-42 12
Bombardirlər: Lautaro Martines (İnter) - 18, Vlahoviç (Yuventus) – 11, Jiru (Milan) – 10.
Növbəti turun oyunları yanvarın 26-29-u aralığında keçiriləcək: Kalyari - Torino, Atalanta – Udineze, Yuventus – Empoli, Milan - Bolonya, Cenoa – Leççe, Montsa – Sassuolo, Verona – Frozinone, Latsio – Napoli, Fiorentina – İnter, Salernitana - Roma.
B SERİYASI
21-ci tur: Sampdoriya – Parma 0:3, FeralpiSalo - Katanzaro 3:0, Reccana - Komo 2:2, Spetsiya - Kremoneze 0:1, Ternana - Çittadella 3:1, Breşia - Züdtirol 1:1, Kozentsa - Venetsiya 4:2, Lekko – Piza 1:3, Palermo – Modena 4:2, Askoli - Bari 2:2.
1. Parma 21 13 6 2 41-18 45
2. Komo 21 11 6 4 31-23 39
3. Kremoneze 21 11 5 5 30-16 38
4. Venetsiya 21 11 5 5 38-27 38
5. Çittadella 21 10 6 5 28-23 36
6. Palermo 21 10 5 6 36-27 35
7. Katanzaro 21 10 3 8 33-30 33
8. Breşia 21 7 8 6 23-22 29
9. Modena 21 7 7 7 22-28 28
10. Bari 21 5 12 4 23-23 27
11. Piza 21 6 8 7 23-24 26
12. Reccana 21 5 10 6 25-28 25
13. Züdtirol 21 6 6 9 28-29 24
14. Kozentsa 21 6 6 9 23-24 24
15. Sampdoriya (-2) 21 7 4 10 27-33 23
16. Ternana 21 5 6 10 27-31 21
17. Lekko 21 5 5 11 24-37 20
18. Askoli 21 4 7 10 21-27 19
19. Spetsiya 21 3 8 10 16-32 17
20. FeralpiSalo 21 4 5 12 20-36 17
Bombardir: Kaziraqi (Züdtirol) - 12.
Oyundan sonra
Daniele De Rossi, “Roma”nın baş məqşçisi: “Bu stadiona oyun izləmək üçün gələrkən və ya şəhərdə gəzişərkən həmişə azarkeşlərin mənə xüsusi diqqətinin və bağlılığının şahidi olmuşam. İndi komandada fərqli rolu üzərimə götürmüşəm. Çox güclü emosiyalar hiss edirəm, üzərimdə böyük təzyiq yükü var, axı mən işimi yerinə yetirməliyəm. Oyun zamanı tifozinin adımı səsləndirdiyini eşitdim. Özümü buna görə xoşbəxt sayıram. “Roma”nın topa və oyuna nəzarət etməli olduğunu düşünürəm. Bu, məşqlərdə üzərində işlədiyimiz komponentlərdən biri olub. Topa sahibolma rəqibin pressinqindən qurtulmaq üçün topu meydanda sürətlə hərəkət etdirdiyimiz halda effektli olur. Topa ləng hərəkətlərlə nəzarət ediriksə, sadəcə, özümüzü yuxuya vermiş oluruq. Sürətli oynamayanda rəqibin işini asanlaşdırırıq. A seriyasında komandalar belə vəziyyətdən necə çıxmaq lazım gəldiyini yaxşı bilirlər”.
Stefano Pyoli, “Milan”nın baş məşqçisi: “İlk hissədə birdən çox qol vurmalı idik, amma bunu etmək əvəzinə heç nədən qapımızdan iki top buraxdıq. İşimizi çətinə saldıq. Amma özünə və oyundaşlarına inamını davam etdirməklə oyunda dönüş yaratmaq mümkündü. “Udineze” ilə matçın çətin keçəcəyini bilirdik. Matçın gedişində məğlub duruma düşsək də, xarakter nümayiş etdirməklə qalib gəldik. Oyundan-oyuna prinsipi ilə hərəkət etməli və çempionluq yarışında qalmaq üçün mümkün qədər çox qələbə qazanmalıyıq. “İnter” və “Yuventus” elə yüksək templə irəliləyirlər ki, qarşıdakı mübarizənin axarı ilə bağlı proqnoz vermək çətinləşir. Biz istənilən halda irəliləməli və digər rəqiblərin nəticələrini də nəzərə almalıyıq”.