“Verona”da yeni baş məşqçinin adına aydınlıq gəlib.
Football-plus.az xəbər verir ki, uğursuz nəticələrə görə istefaya göndərilən Qabriele Çoffinin xələfi müəyyənləşib.
A seriyasında ardıcıl 4-cü məğlubiyyət rəhbərliyi Çoffi ilə yolları ayırmağa vadar etmişdi. Komandanı iyunda qəbul edən 47 yaşlı mütəxəssisin yerini Salvatore Bokketti tutub. 35 yaşlı məşqçi ilə bağlanan müqavilənin detalları hələ ki açıqlanmayıb. Bokketti 2021-ci ilin yayından “Verona”nın sistemində çalışır. Komanda hazırda İtaliya çempionatında 9 oyuna 5 xalla 20 iştirakçı sırasında 18-ci yeri tutur.