Almaniya klubunda yeni təyinat

28.11.2023 20:30 184
Dünya futbolu
“Union”un yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Berlin klubuna Nenad Belitsa təyinat alıb. Xorvat mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilən Urs Fişerə xələf olub. Komandanı Almaniya çempionatının “Auqsburq” ilə son oyununa (1:1) müvəqqəti olaraq Marko Qrote çıxarıb.

“Union” hazırda bundesliqada 12 oyuna 7 xalla 17-ci yeri tutur. Belitsanın komandadakı debütü Çempionlar Liqasının qrup mərhələsinin “Braqa” ilə səfər oyununa təsadüf edəcək.