“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşdi

18.12.2023 16:30 224
Avropa Liqası
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində ölkə çempionu Portuqaliya klubu “Braqa”ya rəqib olub.

Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında yer aldığı H qrupunu 10 xalla ikinci pillədə başa vurub.