Saul doğma klubuna qayıtdı

9.06.2022 22:14 480
Dünya futbolu
Saul Nyiqes “Çelsi”ni tərk edib. “Atletiko”nun yarımmüdafiəçisi icarə müddəti başa çatdığından Madrid klubuna qayıdıb.

Onun İngiltərə klubu ilə müqaviləsi bu ayın sonunda başa çatacaqdı. Premyer-liqa təmsilçisi Saul ilə yeni müqavilə imzalamaq istəməyib. 27 yaşlı ispaniyalı ötən mövsüm “Çelsi”də bütün turnirlərdə 23 oyun keçirib və 1 qol vurub. Nyiqesin “Atletiko”ya müqavilə ilə 2026-cı ilin iyununa qədər bağlı olduğunu da bildirək.