“Çelsi” onu geri qaytardı

13.01.2024 16:54 191
Dünya futbolu
David Fofana “Union”u tərk edib.

"Football-plus.az" xəbər verir ki, “Çelsi” Almaniya klubunda icarə əsasında oynayan futbolçusunu komandaya qaytarıb.

Afrikalı hücumçu Berlin komandasında 2023-cü ilin yayından çıxış edirdi. O, ötən müddətdə bundesliqada 12 oyuna çıxıb və 1 qol vurub. “Union”da bütün turnirləri nəzərə almaqla 17 oyun keçirən David 2 qolun və 1 məhsuldar ötürmənin müəllifi olub.

Fofananın “Çelsi” ilə müqaviləsinin müddəti bu ilin yayında sona çatacaq.