Millinin çalışdırıcısı "İnter"in baş məşqçisi ola bilər - Əfran İsmayılov açıqladı

9.01.2024 20:52 2 168
Ölkə futbolu / Manşet
Yığmamızın futzalçısı və "İnter" minifutbol komandasının baş məşqçisi Xətai Bağırovun Belçikanın 1-ci divizonunda mübarizə aparan "Beşiktaş"la anlaşdığını yazmışdıq.

Bilindiyi kimi, oyunçu bu üzdən futzal üzrə yüksək liqanın lideri "Araz-Naxçıvan"la yollarını ayırıb. Belədə "İnter"in yeni baş məşqçiyə ehtiyacı olduğu bəllidi.

Görəsən, komanda bu yöndə axtarışlara başlayıb?
"İnter"in kapitanı Əfran İsmayılov "football-plus.az"ın sualını cavabladı:

"Xətai Bağırov keçidiylə bağlı həll edilməli olan texniki problemlərlə bağlı təxminən bir ay bizməimlə olacaq. Bəli, bundan sonra yeni baş məşqçiyə ehtiyac var. Rəhbərimiz elə biri olmalıdı ki, komandaya fayda versin. İndi Zeynal Zeynalovla danışıq aparırıq. İnşallah, bütün məsələlərdə anlaşa bilsək, yeni baş məşqçimiz Zeynal bəy olacaq".

Qeyd edək ki, Zeynal Zeynalov çimərlik futbolu üzrə millimizin baş məşqçisidi.

KƏNAN BAHADIR