Florensiyadan Neapola üz tutacaq

19.01.2024 11:34 165
Dünya futbolu
“Napoli” heyətini yeni futbolçu ilə gücləndirəcək.

Məşhur insayder Nikola Skiranın məlumatına görə, A seriyasının son çempionu “Fiorentina”dan çexiyalı yarımmüdafiəçi Antonin Barak ilə razılığa gəlib. “Napoli” 29 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürəcək. Razılığa əsasən, Neapol klubu onu yayda birdəfəlik transfer etmək imkanına malik olacaq.

Barak bu mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb və 1 qol vurub.