Dik Advokaat futbol dünyasını növbəti dəfə təəccübləndirib. O, karyerasını yenə bərpa edib.
"Football-plus.az" xəbər verir ki, niderlandlı mütəxəssis ötən il “Den Haaq”ı tərk edəndən sonra karyerasını başa vurduğunu bəyan etmişdi. Lakin fikrini dəyişməli olub. 76 yaşlı Advokaat bundan sonra Kürasao yığmasını çalışdıracaq. ESPN-in yaydığı məlumatda onun yerli federasiya ilə bağladığı müqavilənin birilliyə nəzərdə tutulduğu, lakin müddətin sonradan daha bir il artırıla biləcəyi qeyd edilir. Kürasao Advokaatın uzunmüddətli karyerasında çalışdırdığı 9-cu (!) yığma olacaq. O, indiyədək Niderlandın qadın və kişilərdən (üç dəfə) ibarət komandasına, BƏƏ, Koreya, Belçika, Rusiya, Serbiya və İraq yığmasına başçılıq edib.